Xocalı rayon Kosalar kəndinin sakinləri öz zəhmətkeş xüsusiyyətlərinə görə həmişə fərqlənmişdir. Füsunkar təbiəti və münbit torpağı olan Kosalar kəndində insanların torpaqla mənəvi bağlılığı həmişə yüksək səviyyədə olmuşdur. Məhz buna görə də Kosalar igidləri xain düşmənin dəfələrlə hücumuna layiqli cavab vermişdir.
Əfsuslar olsun ki,didərginlik həyatı Kosalar kəndinin övladlarına da qismət oldu. İndi xaraba qalan qərib Kosalar kəndi murdar düşmənin tapdağı altından azad olunacağı günü gözləyir.
Didərginlik həyatı bizə bir an olsun doğma el - obamızı, adət - ənənələrimizi və torpağa olan sevgimizi unutdurmur. Gəncə şəhər ərazisində məcburi köçkünlər üçün salınmış 600 ailləlik qəsəbədə də Kosalar sakinləri qəsəbənin abadlaşdırılmasında yaxından iştirak edir. Mart ayının 15 - də qəsəbədə Xocalı rayon Kosalar kənd tam orta məktəblərinin müəllimlərinin iştirakı ilə məktəbin həyətində ağacəkmə - yaşıllaşdırma iməcliyi oldu. İməclikdə müəllimlər həvəslə iştiak etdilər.
Yaxın zamanda qəsəbənin bütünlüklə yaşıllıqlara bürünəcəyinə heç kimdə şübhə yoxdur.
Qalib Bəyməmmədoğlu
Bölgə muxbiri